Nida Xəbər
Silahlı Qüvvələrdə YENİ MƏRKƏZ açıldı - - FOTOLAR
Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.
Publika.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin açılışında iştirak edib.
Müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədi ilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Yaradılan mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.
Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.
Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.jpg)


.png)





















