Nida Xəbər
İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəldi
Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub.
Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub.
Tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.
Tədbiri giriş sözü ilə açan Səlcuk Akat DEİK-in məqsədinin Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrini daha da gücləndirmək olduğunu vurğulayıb və DEİK-in ötən il ərzində həyata keçirdiyi müxtəlif layihələr barədə danışıb. Akatın proqnozlarına görə, 2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrin səviyyəsi 20 milyard ABŞ dollarına çatacaq. Bu, əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən görülən işlər hesabına baş verəcək.
Cənk Eynehan qeyd edib ki, iki ölkə arasındakı iqtisadi və sosial tərəfdaşlıq genişləndiyindən, “Paşa Bank” regionun maliyyə körpüsünə çevrilmişdir. Natiqin Azərbaycan iqtisadiyyatına dair hesabatında sərmayə yatırımı mühitinin genişləndirilməsi üçün həyata keçirilmiş müxtəlif islahat paketləri müzakirə olunub.
R.Rzayeva Azərbaycaınn müxtəlif biznes imkanlarının Avropada təbliğində Avropa Azərbaycan Cəmiyyətinin rolunundan danışıb. O qeyd edib ki, Azərbaycan-Türkiyə enerji sahəsindəki işgüzar əlaqələrinin çox güclü zəminə malik olmasına baxmayaraq, qeyri-neft sektorları olan turizm, aqrobiznes və logistika sahələrində də böyük əməkdaşlıq potensialı var. O, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın DEİK-in fəaliyyəti nəticəsində daha yeni səviyyəyə çatacağından ümidvar olduğunu bildirib
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı












.webp)



















