Nida Xəbər
Azacıq dövlət tərbiyəniz olsun!
Mənə yazı yazmağı öyrədən adamın gözəl bir sözü var: “Allahın da
öz ədaləti var, dövlətin də”.
Dövlət öz ədalətini göstərdi və 255 jurnalistə mənzil hədiyyə etdi.
Bu, 255 ailənin ağır yükdən azad olması, 255 ailə başçısının
övladlarına gözəl gələcək vəd edə bilməsi deməkdir.
Bunu hansısa iş adamı, yaxud hansısa məqsəd güdən siyasətçi yox,
dövlət etdi. O dövlət ki, sənindir, mənimdir, bizim
övladlarımızındır. Və dövlətin öz vətəndaşlarını evlə təmin
etməsindən təbii nə ola bilər ki?!
Və dövlət bunu ona görə edir ki, vətəndaşının başı üzərində damı
olsun, jurnalisti bir parça çörək üçün kimlərinsə oyuncağına
çevrilməsin.
Amma Allahın belə ədalətinə şübhə edənlər, “Sən ədalətsizsən” deyə
göyə üz tutanlar dövlətin də ədalətinə şübhə edir. Niyə? “Siyahıda
olanları tanımırıq”.
Axı o siyahıda yüzlərlə jurnalist var ki, onların təkcə qələmi yox,
həm də illərdir çəkdikləri əziyyət qarşısında sükutla baş
əyməliyik. Sözüm bəzi həmkarlaradır: Təbrik etmək mədəniyyətiniz
olsun! Təbrik edə bilmirsinizsə, susmaq mədəniyyətiniz olsun!
Kiminsə ev almasını həzm edə bilmirsinizsə, dövlətin öz jurnalisti
üçün etdiklərinə, bu gözəl işə kölgə salmayın, bu nəcib layihəni
şəxsi intriqalarınızın əsirinə çevirməyin. Məncə, buna heç kimin
haqqı yoxdur. Və bir də azacıq dövlət tərbiyəniz olsun!
“Allahın da öz ədaləti var, dövlətin də”.
Nə Allahı küsdürün, nə də dövləti. Küsdürməyin ki, bu işin davamı
olsun və sizlər də layiq olduğunuza nail olasınız!
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO






.png)
.jpg)

.png)

























