Nida Xəbər
Ermənistanın seks köləsinə çevirdiyi və satışa çıxardığı AZƏRBAYCANLI QIZLAR - DƏHŞƏTLİ VİDEO
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi
(ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3
minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və
beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət
ünvanlanmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə ASİMDER rəhbəri
Göksel Gülbey deyib.
Onun sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ bölgəsini işğal etməsi nəticəsində mülki əhali qətlə
yetirildi, 4 min 700 azərbaycanlı əsir alındı: “Onlardan 2 min
700-ü qadın və uşaqlardır. Ermənistan 25 ildir işğalda saxladığı
Qarabağda əsir aldığı Azərbaycan vətəndaşlarını həmişə inkar edib.
Beynəlxalq insan haqları təşkilatları və ATƏT ölkələrindən heç biri
buna səsini çıxarmır. İşğal altındakı Azərbaycan torpaqlarına gedən
Gürcüstan və İran vətəndaşları təsadüfən Kəlbəcərdə əsirlərin
saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziləri gəzib. Həmin vaxt
mədənlərdə işlədilən, yarıac, səfil vəziyyətdə olan çoxsaylı insan
görüblər. Dəmir məftillərlə bağlı olan bölgədə işləyənlərin kim
olduğunu soruşanda öyrəndiklərindən heyrətə gəliblər. Onları
gəzdirən erməni Zod kəndindəki mədənlərdə və digər ərazilərdə
işlədilənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Bütün bunlara
rəğmən, dünya ictimaiyyəti ikiüzlülük edərək, insan haqlarının
tapdanmasına səssiz qalır”.
G.Gülbey bildirib ki, 1992-95-ci illərdə Ermənistanın dövlət
rəsmiləri əsir uşaqları və gənc qızların orqanlarını satıblar:
“Azərbaycanlı əsir qadınları isə zorla özlərinə arvad ediblər,
yaxud cinsi istismara məruz qoyublar. Özlərini öldürən qadınlar da
olub. Bunları 1999-cu ildə İğdırda Ermənistan sərhədində heyvan
qaçaqçılığı edərkən tutulan və Ermənistan həbsxanasında çəkən
insanların danışdıqlarından öyrənirik. Onların dediklərinə görə,
zəncirlənmiş şəkildə həbsxanaya gətirilən bir nəfər azərbaycanlı
əsir olduğunu, Naxçıvanın Sədərək rayonu ilə sərhəd olan bölgədə
işlədildiklərini deyib”.
ASİMDER rəhbəri qeyd edib ki, bu qədər dəlil olsa da, beynəlxalq
insan haqları təşkilatları heç bir reaksiya vermir.
“ASİMDER olaraq, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları
Komissiyasına, Türkiyə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və
Xarici Əlaqələr Şöbəsinə, Türkiyə Daxili İşlər Nazirliyinin İnsan
Haqları və Beynəlxalq Təşkilatlar Bürosuna, Avropa İnsan Haqları
Məhkəməsinə, Avropa İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurası və
BMT-yə rəsmi şəkildə müraciət edəcəyik”, - deyə o bildirib.
Erməni əsirliyinə olmuş azərbaycanlılardan bir neçəsinin danışdığı
dəhşətləri təqdim edirik:
Asif
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq



































