Nida Təhlil
Bakının ev sahibliyi: Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilə bilər
Zelenski bildirib ki, Rusiya razı olarsa, Ukrayna növbəti danışıqların yaxın zamanlarda Azərbaycanda keçirilməsinə hazırdır.
Rusiya-Ukrayna münaqişəsinin mürəkkəbliyini - tərəflər arasındakı ziddiyyətləri, indiyə qədər keçirilən görüşlərin nəticəsizliyini, həmçinin, müharibə ətrafındakı geosiyasi maraqları nəzərə alanda, Moskva-Kiyev xəttində diplomatik seçimin məhdud olduğu aydın görünür. Bu baxımdan, Bakıda görüş təşkili çətinliklə üzləşir.
Lakin dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil.
Birincisi, Bakının neytral mövqeyidir: Azərbaycanın Ukrayna və Rusiya münaqişəsində birbaşa tərəf olmaması və hər iki ölkə ilə münasibətləri növbəti danışıqlara ev sahibliyi etmək imkanlarını artırır, eləcə də hər iki ölkənin diplomatiyada Azərbaycan seçiminə təsir edir.
İkincisi, Azərbaycanın təcrübəsidir: Bakı indiyə qədər həm qlobal - ABŞ-Rusiya, Rusiya-NATO, həm regional – Türkiyə-İsrail, İsrail-Suriya, problemlərin müzakirəsinə ev sahibliyi edib. Rusiya-Ukrayna münaqişəsində də bu təcrübədən istifadə oluna bilər.
Üçüncüsü, Bakı həm Moskva, həm Kiyev üçün alternativ seçim imkanı yaradır. İndiyə qədər aparılan danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirən amillər təkcə ağır şərtləri yox, həm də iştirakçıların – ABŞ və Avropa ölkələrinin məsələyə geosiyasi maraqlar kontekstində yanaşması olub. Danışıqların neytral Azərbaycana köçürülməsi problemin regional müstəvidə müzakirə edilməsində yeni imkanlar yarada, xüsusilə Bakı və Ankara Moskva-Kiyev xəttində diplomatik həll yollarının tapılmasına töhfə verə bilər.
Asif Nərimanlı
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO












.jpg)


















