Nida Xəbər
XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yaydı - YENİLƏNDİ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar ki, bu da ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək.
xxx
18:36
Azərbaycan və Ukrayna mülki və kommersiya məsələləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.
Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. "Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim. Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbəti addımları razılaşdırdıq", - Sibiqa sosial şəbəkə hesabında yazıb.
O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.
"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram", - Ukrayna XİN başçısı vurğulayıb.
-
Cənubi Qafqaz21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var








.jpg)





























