Nida Xəbər
“Parad Azərbaycan torpaqlarını işğal edən Ermənistana mesajdır” – Enes İbrahim
15 sentyabr Bakının qurtuluşu ilə bağlı paradın keçirilməsi Türk dünyasının birliyinə öz müsbət təsirini göstərəcək.
Publika.az xəbər verir ki, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün sözlərinə görə, bu sözləri Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim bildirib.
Türk dünyası üçün körpü rolunu oynayır. XX əsrin əvvəllərində cənubi Qafqazda vəziyyət gərginliyi ilə seçilirdi. Həm də bölgə inqilablara hamilə idi. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti siyasi varlığını elan etməsinə baxmayaraq, onun hərbi gücü yox idi. Paytaxt Bakı isə düşmənlərin nəzarəti altında idi. Bakının azad olunması bütün Azərbaycana nəzarət etmək demək idi. Bunu bolşevik-daşnaklar yaxşı anlayırdı. Ona görə də Azərbaycanı itirmək istəmirdilər. AXC rəhbərliyi zamanında Osmanlı dövləti ilə əlaqələrə keçərək,dəstək aldı. Qafqaz İslam Ordusunun yaradılması bölgədə müsəlman əhali arasında böyük sevinc, məhəbbətlə qarşılanmışdı.
Bakının qurtuluşu bolşevik-daşnak qüvvələrinin bölgədə mövqelərinə böyük zərbə vurdu. Təkcə, Azərbaycan azad olunmadı, eyni zamanda Türküstanda həmin qüvvələrin maraqları zəiflədi”, - o deyib.
Enes İbrahim hərbi paradın keçirilməsinin bizə istəməyən qüvvələrə mesaj olduğunu qeyd edib:
“İki qardaş ölkənin hərbi qüdrəti artdıqca,bölgədə vəziyyət dəyişir. Parad Azərbaycan torpaqlarını işğal edən Ermənistana mesajdır".
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO








.jpg)
























.jpg)

.jpg)