Nida Xəbər
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində oldular
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.
Publika.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.
Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.
Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.
Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.
Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.
-
İKT15:40Deputat: Azərbaycan regionda elektron hökumətin inkişafı sahəsində ciddi uğurlara imza atan ölkələrdəndir
-
Nida Xəbər 15:05To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
-
Nida Xəbər 15:01İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Səhiyyə14:37Polad Bülbüloğlu: Mənə ən ciddi dəstək İsraildə verildi!
-
Elm və təhsil14:00Məleykə Abbaszadə onu vəzifədən azad etdi
-
Hadisə13:46İİTKM-in hüquqşünası vəfat etdi - Beş dil bilirdi
-
Hadisə13:29Abortdan sonra ölən qadın bu özəl xəstəxanada əməliyyat edilibmiş - FOTO
-
Hadisə13:18Bu aptekdə İrandan qaçaqmal yolu ilə gətirilən narkotik dərmanlar satılırmış - VİDEO






























.jpg)












.png)
