Nida Xəbər
Ordumuz sərhəddə erməniləri darmadağın etdi, “Putin NATO-su” İrəvana ARXA ÇEVİRDİ
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan
sərhədində baş verən toqquşmaya münasibət bildirib.
Publika.az xəbər verir ki, Sidorov Ermənistan-Azərbaycan
sərhədində sülhün davam edəcəyinə ümid bəslədiyini bildirib.
“Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin
olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir
müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik”, -
deyən Sidorov bununla Ermənistanın KTMT-yə bel bağlaması ümidlərini
puça çıxarıb.

Qeyd edək ki, bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə
təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi
nəticəsində düşmənə ağır zərbə endirilib. Ermənistanda KTMT-nin
məsələyə müdaxilə etməsi haqqında tələblər səsləndirilsə də,
İrəvanın təşkilata müraciət etmədiyi deyilir. Ermənistan KTMT-nin
üzvü olduğu üçün, nizamnaməyə görə təşkilat Qarabağ cəbhəsindən
kənarda, sərhəddə baş verə biləcək toqquşmada İrəvanı müdafiə
etməlidir. Lakin bu məsələnin kağız üzərində olduğu və KTMT
daxilində daha çox Azərbaycana dəstək verildiyi də məlumdur.
Asif
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq











.jpg)





















