Sosial
Konqres iştirakçıları “İmarət” Kompleksi ilə tanış oldular - FOTO
İyunun 29-dan iyulun 3-dək ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir.
Publika.az xəbər verir ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.
Qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də bu ərazinin Azərbaycan dövlətçilik tarixindəki xüsusi yeri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “İmarət” kompleksi təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Qarabağın zəngin mədəni yaddaşını özündə yaşadan mühüm irs nümunəsidir.
O da diqqətə çatdırılıb ki, Ağdam 30 illik işğaldan azad olunandan sonra dövlətimiz tərəfindən kompleksin ərazisində geniş bərpa və yenidənqurma işləri aparılıb. İşğal zamanı ermənilər tərəfindən vandalizmə məruz qalan tarixi abidələrin bərpasında onların orijinallığının qorunmasına xüsusi diqqət yetirilib. Ərazinin abadlaşdırılması eyni zamanda bölgənin müasir mədəni turizm mərkəzinə çevrilməsi məqsədi daşıyır.
İştirakçılar kompleksdə yaradılan şəraitlə tanış olub, Qarabağın işğaldan azad olunmasından sonra aparılan genişmiqyaslı dirçəliş prosesini yüksək qiymətləndiriblər.
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
























.jpg)














