Nida Xəbər
Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir HƏR ŞEYİ AÇIQLADI: Cəbhədə...
Ermənistanın müdafiə naziri David Tonoyan düşmən hərbi birləşmələrinin törətdiyi təxribatdan sonra sərhəddəki vəziyyətdən danışıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni nazir jurnalistlərə açıqlamasında hazırda sərhəddə nisbətən sakitlik olduğunu deyib.
Qeyd edək ki, bu, erməni nazirin erməni hərbi birləşmələrinin sərhəddə son təxribat hücumundan sonra ilk bəyanatıdır. Bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə erməni hərbi birləşmələrinin sərhəddəki təxribat hücumuna toxunmuşdu.
“Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”, - Prezident Ermənistanın təxribatla məşğul olan baş naziri Nikol Paşinyana açıq mətnlə xəbərdarlıq etmişdi.
Ömər
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq











.jpg)





















