Nida Xəbər
Paşinyandan Dilqəm və Şahbazla bağlı ŞOK ETİRAF: Daha iki Ramil Səfərovu...
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol
Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu
– Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini
etiraf edib.
Publika.az xəbər verir ki, bu etirafı Paşinyan Azərbaycan
Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın
qohumlarının etirazı haqqında danışarkən edib.
Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları
bağlayıblar.
Paşinyan onlardan soruşur ki, “bu etiraz kimə qarşıdır”.
“Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox,
əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir,
bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb,
mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın
qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır
ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına
olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə
qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi
təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz
Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik?
Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini
anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni
nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”, - deyə
Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və
Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı
torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək
istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov
götürülüb.
Asif
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO








.jpg)























.jpg)

.jpg)