Xələf Xələfov: Skaparrotti ilə Gerasimov arasındakı görüşün Bakıda keçirilməsi...
Bizi izləyin

Nida Xəbər

Xələf Xələfov: Skaparrotti ilə Gerasimov arasındakı görüşün Bakıda keçirilməsi...

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrottinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir”.

Publika.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüşün keçirilməsi ölkəmizin həm ABŞ, həm də Rusiya ilə əməkdaşlığının yüksək səviyyədə olmasından xəbər verir:

“Həm Rusiya, həm də ABŞ-la əməkdaşlığımız yüksək səviyyədədir və strateji xarakter daşıyır. Hər iki tərəf Azərbaycana etimad göstərir, ona görə də Bakı çox vacib görüşlərin keçirilməsi üçün platform kimi seçilir. Bu, ölkənin nüfuzunun göstəricisidir. Ümumiyyətlə, Azərbaycan vacib tədbirlərin mərkəzinə çevrilib bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisidir. Bununla yanaşı müstəqillik dövründə ölkəmiz bu sahədə böyük təcrübə qazanıb, biz dövlət başçıları, nazirlər səviyyəsində böyük sammitlər, konfranslar,beynəxalq təşkilatın ssesiyaları kimi tdbirlərkeçirmişik. Həmin tədbirlərin nəticələri olub. Xüsusən də son zamanlar qlobal xarakter daşıyan problemlər və onların həlli yollarının ümzakirəsinə yönəlmiş böyük forumlar məhz Bakıda keçirilib. Bu forumlara yüksək səviyyədə ev sahibliyi etməyi bacarırıq. Ona görə də Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsinə nüfuz qazanıb”.

Nazir müavini Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı müzakirələrdən də danışıb. O bildirib ki, hər iki tərəfdən dövlət komisisyalarının fəaliyyəti davam etdirilir.

“Komissiyanın iclaslarının keçirilməsində müəyyən fasilələr yaranmışdı. Çünki Gürcüstan tərəfindən tez-tez həmkarım dəyişirdi. Artıq yeni nazir müavini təyin edilib və bu məsələ ona həvalə edilib. Yeni ildən başlayaraq əvvəl işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qrupların görüşü keçiriləcək. Gələn ilin birinci rübündə Komissiyanın iclasının baş tutacağına inanırıq. Düşünürəm ki, bu məsələnin dinamikasını artırmaq lazımdır. Çünki bu məsələ hər iki dövlət üçün vacib məsələdir. Delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən bu günədək sərhəddin 2/3 hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb, qalan hissə üzərində işlər davam etdirilməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm