Nida Xəbər
Lukaşenko qapalı Qarabağ danışıqlarının ŞOK SİRRİNİ AÇDI: “Biz qoşunlarımızı...”
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın
keçmiş prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi
ətrafında söhbətinin detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, Lukaşenko Sarkisyanla Qarabağ
müzakirəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) İrəvanda keçirilən iclaslarının birində baş tutduğunu
bildirib.
Lukaşenko Sarkisyanı münaqişənin güzəştli həllinə dəvət edib və
qeyd edib ki, Belarusla Rusiyanın mövqeyi eynidir, həmçinin zəruri
olarsa, müəyyən zəmanətlərin təminatı üçün hərbi kontingenti daxil
etməyə söz verib.
“Biz Putinlə eyni mövqeyi sərgilədik: Serj, 5 rayonu qaytar. Bunu
etməmək üçün heç bir səbəb yoxdur. O dedi: əgər bu rayonları
qaytaracağamsa, onlar (Azərbaycan) orada Qarabağın yolunu
kəsəcəklər. Onda biz Putinlə birgə söz verdik ki, Azərbaycan bunu
etsə, biz öz qoşunlarımızı ora daxil edəcəyik. Serj dedi: yox, biz
buna getməyəcəyik, bunu istəmirik”, - Lukaşenko həmin danışığın
detallarını açıb.
Belarus prezidedenti Ermənistanın bu mövqeyindən təəccübləndiyini
gizlətməyib: “Niyə istəmirlər? Axı 5 rayon boş qalıb. Onların
qaytarılması ilk addım olardı, nəticədə Azərbaycan və Ermənistan
KTMT-də və Avrasiya İqtisadi İttifaqında olardılar. Bu,
Azərbaycanın təşkilata daxil olmasında şərt idi. Siz niyə imtina
edirsiniz? Belarus və Rusiya orada müharibənin olmayacağı zəmanəti
ilə çıxış etmişdi axı”.
Asif
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı








.jpg)
























.jpg)

.jpg)