Nida Xəbər
“Nadanlar və cahillər...” – Millət vəkilindən SƏRT AÇIQLAMA
“Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda həmişə qalacaq. Təbii ki, düşmən tərəfi də var və Mübariz İbrahimovun qəhrəmanlığını gözdən salmağa çalışırlar. Məsələyə bu konteksdə baxmaq lazımdır”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Mübariz İbrahimovu sevməyən və onun barəsində bu cür fikirlər səsləndirən adamlar ola bilər, amma Azərbaycanı sevən, onun maraqlarını düşünən insanlar Milli Qəhrəmanımıza yüksək qiymət verirlər.
“Mübariz İbrahimov bir sindromun qırılmasında mühüm rol oynayıb. Bəzən nadanlar və cahillərin bir qismi bildirirlər ki, o, hansısa bir məktəbin, məzhəbin təmsilçisi olduğu üçün bunu edib. Bunlar onun qəhrəmanlğını gözdən salmaq üçün atılan addımlardır. Mübariz İbrahimov birbaşa Azərbaycanın dəyərlərini yaşadan, onun düşmənindən qisasını alan bir qəhrəmandır. O, hansısa bir məktəbin deyil, bütövlükdə Azərbaycanın yetirməsidir. Mübariz İbrahimov bütövlükdə islam dünyasının qəhrəman oğludur”, - millət vəkili bildirib.
Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.
“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO










.jpg)
























.jpg)


