Nida Xəbər
Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi - VİDEO
Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib.
Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bir
sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma
etirazlarını müxtəlif formada bildirib. Nərmin Şahmarzadə özü isə
şəxsi facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə
görə peşman olmadığını və sözünün üstündə dayandığını bildirib.
Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib
şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran
Axundova etirazını bildirib. O, psixoloqun məhkəməyə verməyin
lazımlığını bildirib.
"Onu məhkəməyə vermək lazımdı. Nəyi gözləyirik? Kiminsə ...
çorəyimizi yeyərək suyumuzu içərək bizim qəhrəmanlıq simvolumuzu
qatil adlandırır? Düşmənimizə ürəyi yanır? Getsin o erməni otursun
ermənistanda ürəkyananlıq eləsin.", deyə Şəhid anasını etirazını
bildirib.
Femida.az xəbər verir ki, Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin
Şahmarzadə məhkəməyə verilib.
Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa
çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının
vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz
Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da
münasibət bildirib.O, qeyd edib ki, belə bir məsələyə baş qoşmaq
əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır.
Həmin kadrları təqdim edirik:
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
