Nida Xəbər
Prezidentin hər il doğum gününü sadə vətəndaşlarla keçirməsi, onu göstərir ki... - ŞƏRH
“Son 15 ildə Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu vətəndaşlar sırasında cənab Prezident sosial təbəqəyə xüsusi diqqətlə yanaşır”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hər il doğum gününü məcburi köçkünlər, şəhid ailələri və ya əsgərlərlə qeyd etməsi xalqa diqqətinin göstəricisidir:
“İlham Əliyev Prezident seçkilərində də öz platformasında göstərmişdi ki, “bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Məcburi köçkünlərimiz mənzillə təmin edilir və bu siyasət ardıcıl olaraq həyata keçirilir. Bu gün daha min ailə üçün şəhərciyin açılışı oldu. Eyni zamanda müharibə veteranları, şəhid ailələri, onların övladları üçün dövlət lazımi qayğını göstərir. Əlillərin maşın və evlə təmin edilməsi, şəhid övladlarının ödənişdən azad edilməsi kimi sistemli, ardıcıl siyasət həyata keçirilir. Bu addımlar onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin əsasını sosial sahəyə diqqət təşkil edir. Bununla yanaşı hər bir insan üçün doğum günü özəl, ona məxsus tarixdir. Hər il Prezidentin məhz bu özəl gününü məcburi köçkünlər, sərhəd bölgəsində, sosial qayğıya ehtiyacı olanlarla keçirməsi onun humanistliyi, öz xalqına olan böyük diqqəti və vətənpərvərliyinin bariz və parlaq nümunəsidir. Bu il də Prezident ənənəsinə sadiq qaldı, doğum günündə yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşması üçün yeni şəhərciyin açılışında iştirak etdi”.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?