Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI BAŞLAYIR: Paşinyana qarşı İKİNCİ ADDIM
Bizi izləyin

Nida Xəbər

Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI BAŞLAYIR: Paşinyana qarşı İKİNCİ ADDIM

Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, separatçıların lideri Bako Saakyan Xankəndində Ermənistan parlamentinin spikeri Ara Babloyanla ötən gün görüşüb.

Saakyan həmçinin, Ermənistan parlamentinin başçısını “Mesrop Maştos” ordeni ilə mükafatlandırıb.

Qeyd edək ki, Babloyan spikerin postunda öz missiyasını başa çatdırır. Yeni çağırışın parlament iclası yanvarın 14-də olacaq.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu “Qarabağ klanı”nın qalıqlarından olan Bako Saakyan və Ara Babloyanın Xankəndidə görüşməsi Saakyanın son iki həftə ərzində Paşinyana qarşı ikinci addımı heasb edilir. Daha əvvəl qondarma rejimin “parlamenti” Paşinyanın əsas düşmənlərindən sayılan Robert Köçəryanın azadlığa buraxılması tələbi ilə çıxış etmişdi. Bu iki addım Xankəndindəki qondarma rejiminin Paşinyan hakimiyyətinə meydan oxuması anlamına gəlir.

Bütün bunlar isə qarşıdakı dövrdə Ermənistanın yeni hakimiyyəti ilə qondarma rejim arasında ölüm-dirim savaşının olacağını deməyə əsas verir. Nikol Paşinyan artıq özü də gizlətmir ki, Qarabağdakı separatçı rejimi tamamilə dəyişdirmək və özünə bağlı rejim yaratmaq planı var. Paşinyan hələ seçkilərdən (növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçirilib – red.) əvvəl bildirmişdi ki, seçkilərdən sonra Xankəndindəki rejimlə həll ediləsi bir çox məsələ var. Bu məsələlərdən birinin isə Dağlıq Qarabağda özünə bağlı rejimin yaradılmasının olması şübhə doğurmur. Çünki keçmiş hakimiyyətin əsas dayaq nöqtəsi məhz Qarabağdakı bugünkü separatçı rejimdir. Lakin bu, hələlik o qədər də asan deyil. Nəzərə alaq ki, “Qarabağ klanı”nın liderləri olan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Rusiya tərəfindən tamamilə dəstəklənir.

Erməni şərhçilər isə Paşinyanın Qarabağda istədiyinə nail olmaq üçün zaman ehtiyacının olduğunu hesab edirlər, lakin o da istisna deyil ki, bu proses ciddi qarşıdurma fonunda keçsin. Hazırda İrəvanla Qarabağdakı separatçı rejim arasındakı toqquşmaların davam etməsi də bunu deməyə əsas verir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm