Nida Xəbər
“Xanım Zaxarova sadəcə olaraq təxribatlarla məşğuldur” - Politoloq
“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz funksiyalarını aşır. Bu şəxs əslində, öz dövlətinin və Xarici İşlər Nazirliyinin maraqlarını müdafiə etməli, nazirlik və dövlət adından çıxış etməlidir”.
Bu sözləri Publika.az-a politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Bu, tam özbaşınalıqdır. Çünki, bir xırda epizodu, məsələn, aeroportda baş verən xırda bir epizodu şişirdib belə bir səviyyəyə qaldırmaq o deməkdir, xanım Zaxarova sadəcə olaraq təxribatlarla məşğuldur. Çünki, Azərbaycan və Rusiya arasında strateji partnyorluq fonunda belə bəyanatlar vermək, Azərbaycanı hansısa erməniyə görə tənqid etmək əsl özbaşınalıqdır”, - politoloq bildirib.
Onun sözlərinə görə, son vaxtlar pisləşən Ermənistan-Rusiya əlaqələri fonunda Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiyanın Xarici İşlər Nazirliyində, görünür, kimlərisə ciddi narahat edir.
Müsahibimiz bildirib ki, Zaxarovanın özü də Azərbaycan və Ermənistanın münaqişə vəziyyətində olmasını dərk etməlidir: “Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədirsə, Azərbaycan torpaqlarının 20 faiz torpağını işğal edib və azərbaycanlıları təmizləmə nəticəsində oradan qovubsa, biz bu məsələyə necə baxmalıyıq? Biz öz təhlükəsizliyimizi təmin etməliyik. Bu erməni mənşəli insandırsa, bir bilmirik ki, Azərbaycana hansı məqsədlə gəlir? O istəyir Rusiya, istəyir İndoneziya, yaxud da başqa bir ölkənin vətəndaşı olsun, bizim üçün fərqi yoxdur, bizim üçün ən vacibi təhlükəsizliyimizdir. Onu həbs etmirik, ona qarşı işgəncə etmirik, sadəcə olaraq ona deyirik ki, ölkəmizə gəlmək üçün müəyyən prosedurlardan keçmək lazımdır. Bu prosedurlardan vaxtilə bir çox erməni keçib. Burada tədbirlər – idman yarışları, parlamentlərarası tədbirlər və konfranslar keçirilib. Ermənilər bur tədbirlərdə iştirak edib. Bunlar tamamilə beynəlxalq hüquqa uyğun prosedurlardır. Mənə elə gəlir ki, Zaxarova da bunu çox yaxşı dərk edir. Görünür, hansısa dairələrə xoş gəlmək üçün şişirdilmiş formatda belə bir bəyanat verilib”.
Politoloq qeyd edib ki, Azərbaycan öz maraqlarının müdafiəsi naminə əlindən gələnini edəcək:
“Ermənilər Rusiyanın bir çox qurumlarında məskunlaşıblar. Bu, hələ sovet dövründən davam edən bir haldır. Bu, onların öz daxili işləridir, istəyirlərsə, lap başları üstündə gəzdirsinlər. Amma bizim maraqlarımız biz tərəfdən müdafiə olunacaq, bunun üçün əlimizdən gələnini edəcəyik ki, neqativ hallar bizə yayılmasın, maraqlarımıza zərbələr dəyməsin. Yadınızdadırsa, Azərbaycanda ermənilər tərəfindən nə qədər terror aktları törədilib. Bu hadisələr bizi belə hallara diqqətlə yanaşmağa vadar edir”.
-
Hadisə23:37
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - FOTO
-
Nida Xəbər 23:00
Türkiyə təyyarə qəzası ilə bağlı hərəkətə keçdi - Araşdırma qrupu Bakıya gəlir
-
Sosial22:36
"Qəhrəmanımsan, günahkarı tapdın" - İqorun qızından təsirli PAYLAŞIM
-
ABŞ21:20
Con Kirbi Aktau faciəsində Rusiyanın əli olduğunu dedi
-
Nida Xəbər 21:00
Zelenski İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi
-
Hadisə20:30
Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər - VİDEO
-
Nida Xəbər 20:10
Təyyarə qəzasına görə növbəti iclas keçirildi - Foto
-
İdman19:30
Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ