Nida Xəbər
Rusiya Paşinyanı YOX EDƏCƏK - Ermənistanı gözləyən dəhşətli ssenari ÜZƏ ÇIXDI
Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş
prezident Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan
eks-prezidentin siyasi məhbus olduğunu bəyan etdi. Maraqlıdır ki,
Soqomonyan Ermənistanın əsas xarici tərəfdaşlarının da Koçaryanı
siyasi məhbus gözündə gördüyünü bildirib. Əslində o, “əsas xarici
tərəfdaşlar” dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur və bununla
Moskvanın Koçaryanın həbsinə qarşı olduğunu bir daha
xatırladır.
Kreml əvvəldən Koçaryanın həbsinə qarşı idi və bunu açıq şəkildə
bəyan edirdi. Lakin Nikol Paşinyan hakimiyyəti Moskvada nə qədər
Putinə yaltaqlansa da, İrəvana döndükdə “rus vodkası” hesab etdiyi
opponentlərini baltalamağa davam edir. Koçaryan bu siyahıda ilk
pillədə qərarlaşır. Rusiya prezidenti Vladimir Putinin ötən ilin
sonunda Paşinyanla Moskvada görüşündən sonra Robert Koçaryanı ad
günü münasibətilə təbriki də Kremlin münasibətini açıq şəkildə
bəyan etdi. Proseslərin bu istiqamətdə inkişafı Rusiyanın Paşinyan
hakimiyyətini dayandırmaq üçün hansısa addım atacağı ehtimalını
gücləndirir.
Erməni siyasi şərhçi Razmik Akopcanyanın iddiaları bu kontekstdə
diqqət çəkir.
Publika.az xəbər verir ki, R.Akopcanyan Rusiyanın
bu il Ermənistanda “dişini yoxlayacağını” iddia edir.
Onun fikrincə, Koçaryan Moskva üçün əhəmiyyətlidir, çünki o,
Rusiyanın maraqları üçün hər şeyi etməyə hazırdır.
“Əgər o, cinayət işindən xilas olmağı bacaracaqsa, Putinin köməyi
ilə hər şeyi edəcək. Reallıq budur ki, əvvəlki hakimiyyət və onun
böyük kapitalı təslim olmayıb. Onlar gizləniblər və zərbə endirmək
üçün fürsət gözləyirlər. Hətta bu, Rusiyanın Ermənistana müdaxiləsi
ilə də nəticələnə bilər”,- deyə o bildirib.
Erməni şərhçi Nikol Paşinyanı susmaqda itiham edir. Onun fikrincə,
“Paşinyanın susması təkcə özü üçün yox, bütövlükdə Ermənistan üçün
də baha başa gələ bilər”.
Asif
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL









.jpg)

























.jpg)
