Nida Xəbər
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan arasındakı razılaşmadan danışdı
BMT-nin Baş katibi Antonio Quterreş əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında əldə olunmuş razılaşmanı alqışlayır.
Publika.az xəbər verir ki, bu haqda BMT-nin Baş katibinin adından yayılan bəyanatda deyilir.
“Baş katib Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında keçirilən görüşü müsbət qiymətləndirib. Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayır.
Bildirilir ki, Baş katib BMT-nin ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb.
Xatırladaq ki, yanvarın 16-da Fransa paytaxtında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib. Danışıqlar 4 saatdan çox davam edib.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret ölçülərin qəbulu ehtiyacı haqqında razılaşıblar.
Həmsədrlərin yaxın vaxtlarda iki ölkənin liderləri ilə görüşü planlaşdırılır.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










