Nida Xəbər
Qarabağın işğalında ƏSL HƏDƏF BU İMİŞ: Ermənistandan SENSASİON ETİRAF
Su resursları strateji əhəmiyyətə malikdir, bunu Ermənistanda və “Artsax” (Dağlıq Qarabağ – red.) əla anlayırlar. Neft, əlbəttə, yaxşıdır. Amma enerji resurslarını nə iləsə əvəz etmək olar, suyu heç nə ilə əvəz etmək olmaz.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”in “prezident”inin mətbuat katibi və məsləhətçisi David Babayan müəllifi olduğu “Azərbaycan-Qarabağ münaqişəsinin hidropolitikası” monoqrafiyasının İrəvandakı təqdimat mərasimində deyib.
Monoqrafiyada müasir beynəlxalq münasibətlərdə hidropolitika, suya görə münaqişələr və Dağlıq Qarabağlı su resursları kimi mövzular yer alıb.
Qeyd edək ki, Azərbaycanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.
Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Tərtər çayı üzərində tikilən Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılıb. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Lakin uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15 faiz buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.
Sözügedən monoqraqfiya isə ermənilərin işğalla çatmaq istədikləri hədəflər arasında su ehtiyatlarının mühüm yer tutduğunu bir daha göstərmiş oldu.
Ömər
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...