Nida Xəbər
Vüqar Rəhimzadə: "Onlar ictimai nüfuzlarının nə qədər olduğunu ortaya qoydular"
Günlərdir müxtəlif vasitələrlə Məmmədəmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən “Milli şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar abidənin yanına cəmi 200-300 adam yığa bildi. Bununla da onlar ictimai nüfuzlarının nə qədər olduğunu ortaya qoymuş oldular.
Bu sözləri Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, istər 20 Yanvar günü Şəhidlər Xiyabanında ictimai asayişin pozulması, istərsə də bu gün belə bir “aksiya”nın təşkili onların illərdir təşkil etdikləri şounun bir parçasıdır:
“Yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu nümayiş etdirdi. Onlar hər zaman saxta və riyakar fikirlər səsləndirirlər, daxili xislətlərini ortaya qoyurlar. Əslində yanvarın 19-da keçirilən mitinqə gələnlərin çoxu ora şouya baxmağa gəlmişdi. 20 Yanvar günü Şəhidlər Xiyabanına ziyarət zamanı da şou göstərməyə çalışdılar. Polisin onlara mane olduğunu iddia etdilər. Əksinə özləri həmin gün nizam-intizamı, ictimai asayişi pozmaqla şou düzəltməyə çalışdılar. Lakin bu gün həmin ərazidə heç polis də yox idi. Bəs nə üçün cəmi 100-200 adam toplaya bildilər? Bəzi partiyalar isə 3 nəfərlə qatılıb. Bu həqiqətən də radikal müxalifətin nə dərəcədə ə acınacaqlı durumda olduğunu sübut edir. Bugünkü hadisə onlara ictimai dəstəyin olmadığını və yalanlarını üzə çıxardı. Bu gün həm də onlar nə qədər əsl tərəfdarının olduğu aydın oldu”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)


















.jpg)

.jpg)
