Nida Xəbər
Zəlzələylə bağlı mobil stansiyalar quraşdırıldı
Dünənki zəlzələdən sonra ocaqdakı prosesləri, vəziyyəti
düzgün araşdırmaq üçün əlavə mobil stansiyalar quraşdırılıb.
Afterşokların hansı istiqamətdə miqrasiya etməsini araşdırmaq üçün
tədqiqatlar aparırıq.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli
Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin
direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında
ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.
Q.Yetirmişli bildirib ki, bir neçə gün mərkəz əməkdaşları enerjinin
miqrasiyasını, gərginliyin vəziyyətini müşahidə edəcək.
Direktor onu da vurğulayıb ki, dünən baş verən zəlzələ Böyük Qafqaz
bölgəsi üçün xarakterikdir.
“İkinci təkan insanları təlaşa salmışdı. Bu gün səhər saatlarında
Fövqəladə Hallar Naziri, mən özüm də vertolyotla əraziyə zəlzələnin
baş verdiyi əraziyə getdik. Evlərdə baş verən çatları yerində
müşahidə etdik. Çatlar əsasən keyfiyyətsiz tikinti materiallarından
istifadə edilən, çay daşlarından tikilən evlərdə müşahidə edilib.
Zəlzələ nəticəsində rəsədxanaya ziyan dəyməyib. Lakin Pirquludakı
stansiyamızın binasına çatlar yaranıb”.
Gülxar
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu
-
Nida Xəbər 10:45Rüşvətlə hərbi xidmətdən yayındırma: İş məhkəməyə göndərildi
-
ABŞ10:18ABŞ-da Müstəqillik Günü qeyd edilərkən qan su yerinə axıb: 100 ölü, 340 yaralı
-
Dünya09:48Hər bürcün həyatının tamamilə dəyişdiyi yaş - Astroloqlar açıqladı
-
Avropa09:30Bu da 3D printerində çap olunmuş yaşayış binası: Cəmi 34 günə hazır oldu - VİDEO
-
Region08:24Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
İdman07:35Trampdan daha bir qalmaqallı açıqlama - Messini, yoxsa Ronaldonu aradan götürək?
































.jpg)






