Nida Xəbər
Millət vəkili: Təqaüdlərin artırılması elm və təhsilə marağın yüksəlməsinə səbəb olacaq
Azərbaycanda elmə, təhsilə, elmi təhsil müəssisələrində çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub və dövlət başçısı tətəfindən davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilməkdədir.
Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyət kəsb edir:
"Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin həcmi, eləcə də ali təhsil müəssisələrində təqaüd alan tələbələrin sayı artırılacaq. Bu sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq göstəriciləri yaxşı olan bütün tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da artmasına səbəb olacaq, ölkəmizdə elm və təhsilin inkişafına öz dərin töhfəsini verəcək".
A.Hüseynov bildirib ki, dövlət başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamı da ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Həmin siyasətə uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılacaq. Bu sosial qayğı sayəsində təqaüd alan tələbələrin sayı növbəti ildə 31 faizdən 45 faizə, 2021-ci ildə 50 faizə çatdırılacaq”.
O vurğulayıb ki, təhsilə olan yüksək diqqətin daha bir nümunəsi Prezident təqaüdünün artırılması ilə bağlı sərəncamın imzalanmasıdır. “Həmin təqaüdlərin 185 manatdan 210 manata qaldırılması ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etmək üçün rəqabəti artıracaq, ümumilikdə ali təhsilə marağı stimullaşdıracaq”. (trend)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)