Nida Xəbər
Martda əfv ola bilər - Ramil Usubova siyahı təqdim edildi
"Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri,
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla
görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxsin əfv edilməsi
ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti
dəstəkləyirəm".
Publika.az xəbər verir ki, bu sözləri millət
vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı
zamanı deyib.
Millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid
etdiyini bildirib.
“Həm yerli hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq
təşkilatın bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət,
şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin
istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir
hissəsini kəsilib, əfv edilə bilər. Cənab Prezidentdən xahiş edək
ki, onları əfv etsin”.
Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella
Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında
Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir
qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət
ediblər.
Gülxar
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi






.jpg)








.jpg)


















.jpg)

