Nida Xəbər
Prezidentlə görüşdə ən çox bu haqda danışıldı – Xalq artisti
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə mədəniyyət xadimlərinin görüşü zamanı efirlədə musiqi proqramlarının vəziyyətindən danışdıq.
Bu sözləri Kult.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib. O, prezidentin Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə göstərdiyi diqqətdən danışıb:
“Prezident bizi qəbul etdi, tədbir çox yüksək səviyyədə keçdi. Ölkə başçısı hamıya çox diqqətlə qulaq asdı. Çıxışlar bitdikdən sonra hər kəsə bir-bir cavab verdi. Hesab edirəm ki, çox səmimi və məhsuldar bir görüş oldu. Fəxr edirik ki, bizim belə prezidentimiz var. O, hər dərdimizə şərikdir, problemlərimizi həll etməyə hazırdır. Prezident İlham Əliyev hər zaman mədəniyyətə və incəsənətə çox böyük dəstək verib. Biz görüşdə təqaüdlər haqqında danışdıq. Bilirsiniz ki, neçə illər idi ki, Bəstəkarlar İttifaqının binası olmadığına görə biz yurdsuz-yuvasız qalmışdıq. Çox sağ olsun, prezidentimiz Xaqani küçəsindəki binamızı qaytardı, çıxışında iştirak etdi. Özü də çıxışı zamanı bunların hamısını qeyd etdi. Heç bir müəssisə deyə bilməz ki, hər şey mükəmməldir. Təbii olaraq bizim problemlərimiz var. Görüşdə bu problemləri sadaladıq. Ən çox televiziya kanalları haqqında söhbət getdi. Biz istəyərdik ki, musiqi proqramları daha zövqlü və yüksək səviyyədə olsun. Bu barədə geniş müzakirələr apardıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

