Nida Xəbər
Eldar Mansurov İlham Əliyevlə görüşdən DANIŞDI: Çıxışlardan sonra Prezident söylədi ki...
“Prezidentlə görüş çox səmimi atmosferdə keçdi. Mərasim başlayan kimi cənab İlham Əliyev qonaqlara söz verdi və bildirdi ki, mədəniyyət sahəsində olan problemlərlə bağlı bizim fikirlərimizi dinləmək istəyir”.
Bu sözləri Xalq artisti, görkəmli bəstəkar Eldar Mansurov Prezident İlham Əliyevin sənət adamları ilə görüşü haqqında təəssüratlarını Publika.az-a bölüşərkən deyib:
“Bu görüş bir çox məsələlərin müzakirəyə çıxarılması ilə əlamətdar oldu. Hər kəs çox rahat idi, problemlərini açıq şəkildə ifadə edirdilər. İlk növbədə yazıçı Anar çıxış etdi. O, çıxışında Cəlil Məmmədquluzadəyə heykəl qoyulması təklifini irəli sürdü. Həqiqətən də “Molla Nəsrəddin” jurnalının yaradıcısı olan Cəlil Məmmədquluzadə kimi dahi şəxstiyyətə Azərbaycanda heykəl qoyulmasına ehtiyac var idi. Odur ki, Prezident bu təklifi dərhal dəstəklədi.
Ölkə başçısı hər kəsin çıxışlarını diqqətlə dinləyir və öz qeydlərini aparırdı. Çıxışlar bitdikdən sonra Prezident sölədi ki, problemlərin həlli istiqamətində ciddi işlər aparılacaq və bu barədə Mədəniyyət naziri Əbülfəs Qarayevə tapşırıqlar verdi. Bu baxımdan görüş çox səmərəli keçdi”.
Xalq artisti onu da əlavə edib ki, Azərbaycan incəsənətinin müxtəlif sahələri müstəqillik qazandıqdan sonra inkişaf etməyə başlayıb:
“Son 10 ildə Azərbaycan mədəniyyəti çox inkişaf edib. Əvvəllər sənət adamları qastrol səfərlərinə gedərkən SSRİ bayrağı altında çıxış edirdi, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra isə istər musiqiçilər, istərsə də rəqs ansamblları milli bayrağımız altında çıxış edir. Bütün bu işlərin önündə Heydər Əliyev Fondu dayanır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində çox böyük işlər görüb. Mütəmadi olaraq Fransa, Almaniya, İtaliya kimi ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu tədbirlədə ölkənin müxətlif sənət adamları iştrak edir.
Sovet dövründə Heydər Əliyevin göstərişi ilə Fikrət Əmirovun “Bir gecə” baleti Moskvaya qədər nümayiş olunmuşdu. İlham Əliyev də öz növbəsində Azərbaycan mədəniyyətə böyük qayğı göstərir, görkəmli sənət adamlarının əsərlərini dünyaya tanıtmaq üçün böyük işlər görür. Vaxt var idi ki, əvvəllər Azərbaycanı sadəcə sahib olduğu neft və qaz ölkəsi kimi tanıyırdılar, indi isə ölkəmizi incəsənəti, mədəniyyəti və musiqisinə görə də tanıyırlar”.
Aytən
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

