Nida Xəbər
Bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Matviyenko
Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq üzrə fəaliyyətimizi uyğunlaşdırmağın vaxtıdır.
Publika.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.
Xanım Valentina Matviyenko deyib ki, Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana yenidən səfər etməsindən məmnundur. O, eyni zamanda, sonuncu dəfə Azərbaycana beş il əvvəl səfər etdiyini xatırladaraq deyib: “Rusiya-Azərbaycan əlaqələri bütün istiqamətlərdə - siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə çox fəal inkişaf edir. Bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Federasiya Şurasının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisə ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri, onun Prezident Vladimir Putinlə əhatəli danışıqları olub. Bu səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalanıb. Onların arasında Rusiya və Azərbaycan hökumətlərinin əməkdaşlığına dair proqram, həmçinin konkret, məzmunlu, zəngin, o cümlədən əlaqələrin inkişafını ehtiva edən Fəaliyyət Planı var.
Federasiya Şurasının sədri deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin məqsədi iki ölkənin parlamentlərinin bu irimiqyaslı planın həyata keçirilməsində rolunu və yerini Azərbaycanın Milli Məclisində müzakirə etməkdir. Bu, öz növbəsində, Rusiya-Azərbaycan münasibətlərinə yeni güclü impuls verəcək. Yəni, parlamentlərin işgüzar iqtisadi əməkdaşlıq, regionlar arasında qarşılıqlı fəaliyyət, o cümlədən humanitar sahədə daha əlverişli şəraitin yaradılması üçün hansı işləri görə biləcəkləri və görməli olduqlarını müzakirə edəcəyik. Bizim gündəliyimiz çox böyükdür, danışmağa mövzu çoxdur, parlamentlərarası əməkdaşlığın yeni formatlarını müəyyənləşdirməli və təsdiq etməliyik. Çünki parlamentlər arasında əməkdaşlıq həmişə dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir.
Xanım Valentina Matviyenko onu da qeyd edib ki, bu gün Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak edəcək. O deyib: “Bu, gözəl, maraqlı və yaxşı layihədir. Növbəti ildə biz Azərbaycanın mədəniyyət xadimlərini Rusiyada gözləyəcəyik, həmçinin təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlığımızı inkişaf etdirmək məsələsini də müzakirə etmək imkanımız olacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada Azərbaycan Prezidentinin, Azərbaycan rəhbərliyinin rus dilinin, rus mədəniyyətinin dəstəklənməsi üzrə səylərini yüksək qiymətləndirirlər. Bu, təkcə bizim ikitərəfli münasibətlərimiz üçün deyil, həm də ölkələrimizin xalqları arasında ünsiyyət şəraitinin yaradılması baxımından çox mühümdür”.
Rusiyada Azərbaycanın mədəniyyətinə böyük maraq olduğunu vurğulayan Valentina Matviyenko deyib: “Biz, həqiqətən də gələn il Rusiyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərini səbirsizliklə gözləyəcəyik. Ona görə də Rusiyaya səmimi münasibət göstərən insanların olduğu dost ölkəyə yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Biz də Rusiyada Azərbaycanın sakinlərinə, vətəndaşlarına çox isti yanaşırıq”.
-
Rəsmi xronika09:34
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq