Nida Xəbər
Zakir Həsənov İsakzai ilə görüşdü
Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan Müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başladığını qeyd edib.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Müdafiə naziri bu yaxınlarda Nyu-York şəhərində keçirilən BMT tədbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib.
Q.İsakzai də öz növbəsində Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə öz təşəkkürünü bildirib.
Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)