Nida Xəbər
BAXCP Xilaskar Türk Əsgərinin abidəsini ziyarət etdi
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın fəalları sentyabrın 15-də Bakının və Azərbaycanın digər bölgələrinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər. BAXCP mətbuat xidmətindən verilən məlumata görə, türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.
Ziyarətçilər qarşısında çıxış edən BAXCP-nin baş katibi Yaşar Kələntərli Bakının erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib: “1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında türk əsgər və zabitləri canlarından keçərək Bakını, bütövlükdə Azərbaycanı erməni cinayətkarlarından qoruyaraq şəhidlik zirvəsinə ucalıblar. BAXCP hər il aprelin 24-də və sentyabrın 15-də bu abidənin önünə gəlir və türk əsgər, zabitlərini ehtiramla yad edir. Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır”.
Yaşar Kələntərli qeyd edib ki, uzun illərdir erməni diasporu, daha sonra isə Ermənistan Türkiyəyə və qardaş türk xalqına qarşı əsassız soyqırım ittihamlarıyla çıxış edir:”Türkiyənin və Türk Dünyasının birliyini, bütövlüyünü və güclənməsini istəməyən qüvvələr isə ermənilərin saxta iddialarına dəstək verir, erməni yalanlarından öz mənafeləri və maraqları üçün yararlanmağa çalışırlar. Tarix isə erməni iddialarının əksini sübuta yetirir. Türk əsgərinin xilaskar obrazının sübutlarından biri də Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidə və bu abidənin ucaldılmasına zəmin yaradan gerçək tarixdir. Biz bu gün növbəti dəfə gerçək tarixdən qaynaqlanan bir mərasimi, anım gününü qeyd edirik. Dünyanı erməni yalanlarına uymamağa, tarixə həqiqətlərin üzərinə kölgə salınmasına imkan verməməyə, haqqın, ədalətin keşiyində dayanmağa çağırırıq.
İnanırıq ki, vaxt gələcək 24 aprel tarixini Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edən insanların sıraları daha da genişlənəcəkdir".
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
















.jpg)















.png)

.jpg)




