Nida Xəbər
Ankarada "Əli və Nino" filmi ilk dəfə türk dilində nümayiş olundu
Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və "Socar-Türkiyə" şirkətinin dəstəyi ilə "Əli və Nino" filmi ilk dəfə olaraq türk dilində nümayiş olunub.
Publika.az “Report”a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən filmin təqdimatında Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, orada yaşayan həmvətənlərimiz, tələbələr, elm adamları, ziyalılar və hər iki ölkədən ictimaiyyət nümayəndələri qatılıblar.
Filmin nümayişindən əvvəl Qurban Səidin “Əli və Nino” romanı əsasında hazırlanmış, Elvin Mirzəyevin ssenari müəllifliyi və quruluşçu rejissorluğu ilə ərsəyə gələn uğurlu ekran əsəri haqqında qonaqlara məlumat verilib.
Bildirilib ki, müsəlman Əli ilə gürcü qızı Ninonun sevgi hekayəsindən bəhs olunan filmdə hadisələr 1917-18-ci illərdə Bakıda yaşanan bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli Şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Hadisələrin bir-birini xranoloji ardıcıllıqla izlədiyi filimdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı qətiyyətli mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və o dövrdə baş verən mürəkkəb proseslər, eləcə də XX əsrin əvvəllərində Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi vəziyyət peşəkarlıqla canlandırılıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda qonaqlara Quban Səidin “Əli və Nino” romanının türk dilinə çevrilmiş variyantı hədiyyə olunub.
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video









.jpg)



.png)


.jpg)




.jpg)





.jpg)












