Nida Xəbər
Səfirimiz Qulam İshaqzai ilə görüşdü
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvaya səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Səfirlikdən Publika.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BMT və onun ixtisaslaşmış qurumları arasında əməkdaşlıq, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu və rolu, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
BMT rəsmisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qısa müddət ərzində əldə etdiyi nailiyyətlər haqqında danışıb. O, Azərbaycanın yardım alan ölkədən tərəfdaş dövlətə çevrildiyini və dayanıqlı inkişafa nail olduğunu vurğulayıb.
Səfir Polad Bülbüloğlu bu müstəqilliyin və inkişafın asan əldə olunmadığını diqqətə çatdıraraq qeyd edib ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti iflasa uğramaqdan qurtulub, dövlətçiliyin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafın təmin edilməsinə nail olunub. Səfir ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun səbəbləri və nəticələri haqqında həmsöhbətinə ətraflı məlumat verib. O, Ermənistandan qovulan və Azərbaycan ərazilərinin işğalı nəticəsində doğma yurdundan didərgin düşən 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini xüsusi vurğulayıb. Münaqişə ilə bağlı BMT çərçivəsində qəbul olunmuş və işğala son qoyulmasını tələb edən bir sıra qətnamələrə baxmayaraq, münaqişənin hələ də həll edilməməsini təəssüflə qeyd edən diplomat dünya birliyini beynəlxalq müstəvidə qanunun aliliyinin və ədalətin bərpa olunması üçün səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





