Nida Xəbər
NATO və Rusiya Bakını niyə seçdi? - Ekspert DETALLARI AÇDI
“NATO ilə Rusiya arasında Bakıda keçiriləcək görüş haqqında iki həftə əvvəl məlumatlı idim. Rusiya ilə NATO arasında ilin əvvəlində Brüsseldə keçirilən görüşdə razılaşma onun üçün əldə olunmamışdı ki, bundan əvvəlki görüş məkan baxımdan tərəfləri razı salmamışdı. Bu dəfə Bakıda görüş təyin ediləndə, Rusiya bir neçə şərt irəli sürmüşdü və NATO görüşün baş tutması üçün bu şərtləri qəbul etmişdi”.
Publika.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov NATO ilə Rusiya arasında Bakıda aparılacaq müzakirələr haqqında danışarkən deyib:
“Bildiyim qədərilə bu dəqiqələrdə qrafikə uyğun olaraq Azərbaycan Müdafiə Nazirliyində görüş keçirilir. Onları daha sonra Prezident İlham Əliyev qəbul edəcək, sonda isə tərəflərin görüşü baş tutacaq.
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilk dəfə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşəcək. Görüşdə son vaxtlar tərəflər arasında olan gərginlik, o cümlədən, sülh yaratamaq missiyası, NATO-nun Rusiya ilə bağlı səsləndirdiyi planlar, həmçinin NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya ilə bağlı açıqlaması müzakirə olunacaq. Amma regiondakı vəziyyət konkret olaraq Azərbaycan və Dağlıq Qarabağ mövzusunun müzakirəsi planda yoxdur. Görüş sırf Rusiya-NATO münasibətlərinin perspektivləri və ortada olan bəzi anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyır".
Daha sonra ekspert görüş yeri olaraq Bakının seçilməsinin səbəblərinə toxunub:
“Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Bakı hər iki tərəfi tam qane edir. Həm də təhlükəsizlik baxımdan Bakı münasib məkandır. Bildiyiniz kimi, Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Odur ki, bu məsələdə Azərbaycanın bir qədər üstünlüyü var. Məsələn, Rusiya faktorundan dolayı Gürcüstanı seçə bilməzlər, Türkiyə isə NATO-nun üzvi olduğu üçün seçilə bilməz. Məhz Bakının seçilməsinin səbəbi odur ki, hər iki tərəfi - həm Rusiya, həm də NATO-nu qane edən marşrutdur. Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Odur ki, Azərbaycanı rahat şəkildə qəbul ediblər. Həmçinin danışıqlar üçün Azərbaycan Müdafiə Nazirliyi yüksək səviyyəli şərait yaradıb, hansısa bir müdaxilənin olması mümkünsüzdür, bütün detallar nəzərə alınıb. Burada mətbuata açıqlanması mümkün olmayan bəzi məsələlər də müzakirə olunacaq. Bakı onların istəklərinə hər zaman maksimum şərait yaradır”, - deyə ekspert vurğulayıb.
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək

































.jpg)


