Nida Xəbər
Baş nazirlikdən gedən Novruz Məmmədov HƏR ŞEYİ ETİRAF ETDİ: Qəfil baş verdi... - VİDEO
Baş nazir Novruz Məmmədovun ötən gün vəzifəsindən istefa verməsi və dərhal da yeni baş nazirin seçilməsi müzakirə olunmaqdadır.
Axar.az xəbər verir ki, 73 yaşına adlamasına baxmayaraq, N.Məmmədov səhhətində xırda nasazlıq belə sezilmir. Üstəlik, pozitiv imici və hakimiyyətdə də ona olan inam N.Məmmədovun təqaüdə yollanmayacağı barədə rəylərə səbəb olub.
Ümumiyyətlə isə N.Məmmədovun cəmi 1,5 il əvvəl Baş nazir təyinatına diqqət çəkilir. Belə ki, gözlənilməz olan bu təyinatla bağlı ən maraqlı açıqlamanı da bir ay öncə Speys TV-nin “Sadə həqiqətlər” verilişində N.Məmmədov özü vermişdi. N.Məmmədov bildirmişdi ki, Baş nazir olması ilə bağlı Prezidentin təklifi hamıdan çox, özü üçün gözlənilməz olub:
“Hər şey qəfil baş verdi... Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil, mən bunu bacarmaram. Dedim ki, mən sizin etibarınızı doğrulda bilmərəm, mənim üçün çətin olar.
Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Həddindən artıq çətin vəziyyətdə idim. Düşünürdüm ki, birdən bu qərar qəbul edilsə, mən necə edəcəyəm? Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə! Mən də başqa bir söz demədim…”
Müsahibənin hazırda yenidən aktuallıq kəsb etdiyini nəzərə alaraq, verilişin tam versiyasının videosunu təqdim edirik:
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?


































