Nida Xəbər
Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası Bakıda tədbir keçirdi - FOTO
Bu gün Bakıda Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının (ÇOSKF) təşkilatçılığı ilə tədbir tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirə Türkiyənin Bakıdakı səfiri Erkan Özaral, Hilal İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, Azərbaycan Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azərbaycan Məktəb İdmanları Federasiyasının sədri, millət vəkili Sevinc Hüseynova, federasiyanın katibi Pərvin Mehdiyev, Türkiyə Uşaq Oyunları Federasiyasının sədri Mehmet Mutlu iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Məktəb İdmanalrı Federasiyasinın sədri, millət vəkili Sevinc Hüseynova qonaqlari salamlayaraq bildirb ki, bu oyunun Azərbaycanda keçirilməsi təqdirəlayiqdir:
"Bu oyun usaqların idmana olan həvəs və maraqlarının artmasına, onların özünəqapanma kimi xüsusiyyətlərinin aradan qalxmasina şərait yaradacaq".
Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli bu oyunların Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə sərait yaradacağını bildirib.
Türkiyə Uşaq Oyunları Federasiyasının sədri Məhmət Mutlu isə oyunların Bakıda keçirilməsinin davamlı olacağını deyib, təşkilati dəstək üçün Azərbaycan rəsmilərinə minnətdarlığını bildirib.
Çıxışlardan sonra Türkiyənin Bakıdakı səfiri Ərkan Özoral, Hilal İctimai Birliyinin sədri Arzuman Əbdülkərimov, Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli, jurnalistlər Aygün Muradxanlı, Rauf Arifoğlu, millət vəkili Sevinc Hüseynovaya mükafatlar təqdim olunub.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

