Nida Xəbər
Nur-Sultanda Azərbaycanla bağlı xiyaban açıldı - FOTO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə xiyabanın açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə baş tutan tədbirdə şəhərin iqliminə uyğun ağaclar əkilib. Səfir Rəşad Məmmədov bildirib ki, məqsəd Azərbaycanın müstəqillik gününü və diplomatik xidmətin 100 illiyini qeyd etməklə yanaşı, bu yolla təbiətə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına, ekoloji təhlükəsizliyə yönəltməkdir.
Bu gün Azərbaycanın Qazaxıstan ilə sabit diplomatik münasibətləri olduğunu söyləyən səfir hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir sıra məsələlərdə vahid mövqedən çıxış etdiyini deyib. Qeyd edib ki, ölkələrimiz ardıcıl və ən yüksək səviyyədə türkdilli dövlətlərin inteqrasiyasına maraqlarını nümayiş etdirirlər. Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşündə bütün türk dünyası üçün vacib qərarlar qəbul edilib.
Tədbirdə iştirak edən Qazaxıstan Xarici İşlər Nazirliyinin və Nur-Sultan şəhər administrasiyasının rəsmiləri bu aksiya ilə xoş bir ənənənin əsasının qoyulduğunu və Azərbaycanın xeyirxah təşəbbüsünə dəstək göstərdiklərini ifadə ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
