Nida Xəbər
“Sifariş verirlər, pullar ötürürlər, siz də...” - Ziyafət Əsgərov radikal müxalifətə SƏSLƏNDİ
“Həmkarlarıma baş verən hadisələrə düzgün və obyektiv qiymət verdiyi üçün təşəkkür edirəm. Özünə radikal deyənlərin xəyanətinə baxanda adamı dəhşət bürüyür. Doğrudanmı, bu illər ərzində onlar dəyişməyib. Dövlətçilik, dövlət anlayışı haqda bilmirsiniz?”.
Publika.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Ziyafət Əsgərov müxalifətin 19 oktyabrda icazəsiz keçirilən aksiya haqqında danışarkən deyib.
O, xatırladıb ki, Azərbaycan 2011-ci ildən kosmos dövlətidir: “Azərbaycanda humanitar, siyasi tədbirlər keçirilir. Noyabrın 25-26-da beynəlxalq tədbirlər keçiriləcək. Elə bu ayın 25-də Qoşulmama Hərəkatının zirvə toplantısı keçiriləcək. Vacib idimi belə bir vaxtda aksiya keçirmək? Azərbaycan vətəndaşı dövlətə, dövlətçiliyə belə qənim kəsilər? Bu, haradan qaynaqlanır? Sizə sifariş verirlər, pullar verirlər. Axı siz də Azərbaycan vətəndaşısınız”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək.
Ziyafət Əsgərov əlavə edib ki, hər bir Azərbaycan vətəndaşının sakit şəkildə toplaşmaq haqqı var.
Daha sonra vitse-spiker Mülki və Siyasi Azadlıqlar haqqında Paktı, İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasını və Azərbaycan Respublikasının qanunlarını misal gətirərək Milli Şuranın son aksiyasının qanunsuz və əsassız olduğunu sübut edib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

