Nida Xəbər
Gənclərimiz İrana səfər etdi
Azərbaycanın gənclərindən ibarət nümayəndə heyəti 8 noyabr tarixində Azərbaycan və İran gəncləri dostluq həftəsi keçirmək məqsədilə İrana səfər edib.
Publika.az xəbər verir ki, bu səfər zəngin proqrama malikdir, belə ki, qonaqlar səfər çərçivəsində məsul şəxslərlə, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcəklər. Həmçinin onlar İslam İnqilabının qurucusunun müqəddəs məqbərəsini və şəhidlər xiyabanını ziyarət edəcək, İdman və Gənclər nazirliyinin məsul şəxsləri ilə görüşəcək, müqəddəs müdafiə muzey-bağ komleksini, Tehran kitabxana kompleksini, innovasiyalar kompleksini, parlamenti ziyarət edəcək, gənclər fraksiyasının rəhbəri ilə görüşəcək və bir neçə mədəni proqramda iştirak edəcəklər. Daha sonra nümayəndə heyəti çərşənbə axşamı müqəddəs Məşhədə səfər edəcəklər. Onlar burada İmam Rzanın müqəddəs məqbərəsini ziyarət edəcək, Astane Qodse Rəzəvi muzeyinə və Məşhəd gənclər evinə baş çəkəcəklər. Həmçinin onlar Xorasan Rəzəvi vilayətinin gənclər vətəndaş cəmiyyəti məclisi ilə görüş keçirəcəklər. Daha sonra Semnan vilayətinə səfər edəcək, bu vilayətin gənclər vətəndaş cəmiyyəti məclisinin seçkilərini müşahidə edəcək və tarixi məkanlarını ziyarət edəcəklər. Və Tehrana qayıdacaqlar.
Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti cümə günü Neqarestan kompleksinə, Məşq meydanına, Tehran İnqilab İdman mədəniyyət klubuna, Milad və Tehran qülləsinə baş çəkəcək və İdman və Gənclər nazirinin gənclərlə iş üzrə muavini Məhəmməd Mehdi Təndquyanın iştirakı ilə öz ölkələrinə yola salınacaqlar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
