Nida Xəbər
Qubad İbadoğludan xaricə gedən azərbaycanlılarla bağlı ŞOK ŞƏRH: Bundan sonra...
İqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu özünün "facebook" səhifəsində "Siyasi mühacir biznesi Şengen vizasına çətinliklər yaradacaq" başlıqlı yazı paylaşıb.
Publika.az həmin yazını təqdim edir:
"Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda aşağıdakı çətinlikləri yaradacaq.
1. Viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq.
2. Viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq.
3. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırmalması ilə əlaqədar olacaq.
4. Verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq.
5. Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq.
Odur ki, xaricə səfər etmək niyyətində olanlara tövsiyəm budur ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər."
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
