Nida Xəbər
Kosaçev: Azərbaycan MDB-də hər bir dövlət üçün nümunə ola bilər
Azərbaycan Rusiya ilə münasibətlərini maksimum dərəcədə inkişaf etdirmək niyyətindəki səmimiliyə şübhə etmək üçün heç vaxt heç bir əsas verməyib.
Bu fikri X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edən RF Federasiya Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçev ifadə edib.
Komitə sədrinin fikrincə, əsas göstəricilərdən biri Azərbaycanda rus dilinə, rusdilli əhaliyə və ortaq keçmişə münasibətdir. O əlavə edib: “Bu mənada Azərbaycan postsovet məkanında hər bir dövlət üçün nümunə ola bilər. Bu, bütün digər sahələrdə irəliləmək üçün zəruri olan mənəvi və əxlaqi əsaslar yaradır”.
Rusiyalı senator qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi hər il onlarla faiz artır. “Sosial və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Gənclər və tələbə mübadiləsi həyata keçirilir, Azərbaycanda Rusiyanın ali məktəblərinin filialları açılır. Bütün bunlar ölkələrimiz və xalqlarımız üçün zəruri olan uzunmüddətli əməkdaşlığın əsasını yaradır. Biz doğru yoldayıq və bu əməkdaşlığa regionlararası meyarları da əlavə etməyimiz onu göstərir ki, maraqlar qarşılıqlı, dayanıqlı, ciddi və uzunmüddətlidir”, -deyə K.Kosaçev sözlərinə yekun vurub.(Azərtac)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

