Nida Xəbər
SON DƏQİQƏ: məşhur deputatın xanımı yüksək VƏZİFƏYƏ GƏTİRİLDİ - (YENİLƏNDİ)
Milli Məclis yeni Ombudsmanı seçdi.
Publika.az xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilib və səs çoxluğu ilə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.
Qeyd edək ki, S.Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.
Yeni Ombudsman hazırda parlamentdə and içir.
Xatırladaq ki, buna qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən Ombudsmandır.
***
12:34
Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi başlayıb.
Publika.az xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Bahar Muradova məlumat verib.
O, deyib ki, 15 noyabr 2019-cu ildə Azərbaycan Prezidentinin imzası ilə parlamentə məktubu daxil olub: "Məktubda cənab prezident İnsan hüquqları üzrə Müvəkilinin seçilməsi üzrə namizədlərini təqdim edib”.
İnsan hüquqları komitəsinin sədri B.Muradova əlavə edib ki, komitə Ombudsmanlığa təklif edilən şəxslərin namizədliyinə baxıb və bunu parlamentin plenar iclasına təqdim edib: “Komitədə biz bu haqda müzakirələr apardıq. Namizədlər cəmiyyətdə tanınan insanlardır və onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilər. Namizədlər Səbinə Əliyeva, Kəmalə Əliyeva və Kəmalə Abiyevadır. Bu şəxslərin hər biri Ombudsman seçilməyə layiqli şəxslərdir".
Hazırda müzakirələr gedir.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

