Nida Xəbər
İcra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Novruzov Vüqar Vahid oğlu Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
(1).jpg)
Publika.az xəbər verir ki, V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO






.png)
.jpg)

.png)

























