Nida Xəbər
ƏSA teatrının rəhbəri deputat olmaq istəyir - İmza toplayır
Nihad Qulamzadə deputatlığa namizədliyini verib.
Publika.az xəbər verir ki, Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA-nın təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 15 saylı Yasamal birinci seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.
Artıq Nihad Qulamzadənin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün lazımi sənədlər seçki komissiyasına təqdim olunub. Seçici imzalarının toplanması üçün kampaniya başlayıb. Teatrın rəhbəri Yasamal rayonunun sakinləri ilə şəxsən görüşərək, həmsöhbət olub. Nihad Qulamzadə qeyd edib ki: “Bu müddət ərzində göstərdiyim fəaliyyəti və yaxın zamanlarda olan bir çox təklifləri nəzərə alaraq, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəldim. Düşünürəm ki, bu qərar xidmət etdiyim sosial-ictimai və mədəni sahəyə daha böyük töhfə vermək üçün bir fürsətdir. Davam edən prosesdə də daima seçicilərlə şəxsən ünsiyyətdə olacağam. Var gücümlə çalışacağam ki, namizədliyimi irəli sürdüyüm ərazinin bütün seçicilərilə görüşüm və problemləri ilə maraqlanım. Hətta qapı-qapı onları axtarmalı olsam belə”.
Hazırda seçici imzalarının toplanması davam edir. Yaxın günlərdə prosesin yekunlaşması gözlənilir.
Qeyd edək ki, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş ən gənc şəxs Nihad Qulamzadədir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
