Nida Xəbər
Musa Qasımlının təqdimatında seminar keçirildi - FOTO
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlının təqdimatında “Həmrəyliyimiz: milli-dini birliyimiz” mövzusunda seminar təşkil olunub.
İnstitutdan Publika.az-a verilən məlumata görə, seminarda çıxış edən Aİİ rəhbəri Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, mövzu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, ölkəmizdə müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu sülh, əmin-amanlıq şəraitində birgə yaşamışlar. Bu həyat tərzi xalqımızın tarixən qəbul etdiyi və mənəvi dəyərinə çevirdiyi xarakterik xüsusiyyətidir. C.Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maarifləndirilməsi, onlarda Vətənə məhəbbət, torpağa bağlılıq, dövlətə sevgi hisslərinin gücləndirilməsi, milli-mənəvi ruhda yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Aİİ rektoru daha sonra bildirib ki, ölkəmizdə mövcud olan milli-dini birlik respublikamız müstəqillik qazandıqdan sonra, məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət-din siyasətinin məntiqi nəticəsidir. Hazırda bu siyasəti Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı “Həmrəyliyimiz: milli-dini birliyimiz” mövzusunda məruzə edərək, ölkəmizdə milli birliyin əsasında multikultural dəyərlərin dayandığını vurğulyıb. M.Qasımlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, milli-dini həmrəyliyimizin qorunması dövlət siyasətində prioritet istiqamətə çevrilib. Ulu Öndər Heydər Əliyevin milli-dini birlik və Azərbaycançılıq ideyaları hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
M.Qasımlı daha sonra bildirib ki, dövlət başçımızın dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə yönəlik məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 13:35"Azərbaycan Türk dünyasında söz sahibidir"












.jpg)



.jpg)



















