Nida Xəbər
Xanhüseyn Kazımlının deputatlığa namizəd qızı barədə İLGİNC FAKT: Baş müəllim, yoxsa... - FOTO
Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazımova deputatlığa namizədliyini irəli sürüb.
Bunu Mərkəzi Seçki Komissiyasından Publika.az-a təsdiqləyiblər.
O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri Dairə Seçki Komissiyasına təqdim olunub.
Eyni zamanda bu günlərdə sosial şəbəkələrdə Xanhüseyn Kazımlının qızının namizədliyi ilə bağlı dövlət başçısına məktubunun surəti yayılıb. Partiya sədri Prezidentə müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəyib: "Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyn qızının namizədliyini doğulduğum diyardan verərdim..."

X.Kazımlının yazdığı iddia olunan məktubda partiya sədri qızı haqqında ətraflı məlumat verib. Bildirib ki, bir neçə kitabın müəllifi olan Ə.Kazımova 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. O, qızını sözügedən universitetin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi kimi təqdim edib.
Maraqlıdır ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlərdə isə onun “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri kimi çalışdığı qeyd olunub. Məlumatı dəqiqləşdirmək üçün Ə.Kazımova ilə əlaqə saxlamağa çalışdıq. Telefon dəstəyini götürən və özünü Əsli Kazımovanın köməkçisi kimi təqdim edən şəxs namizədin bu barədə danışmaq istəmədiyini bildirdi.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

