Nida Xəbər
Yeni deputat rektor vəzifəsində qalacaqmı?
Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.
Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: “Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.
C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitutunun rektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək: “Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, 62,7% səslə deputat seçilib.
2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı, Milli Məclisin deputatı da ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutması təcrübəsinə son qoyulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin mayın 21-də imzaladığı sərəncam ilə C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO






















.jpg)











