Nida Xəbər
İcra başçısı 6 nəfərə vəzifə verdi, 2 nəfəri işdən çıxardı - SİYAHI
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Belə ki, Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev, baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib.
Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çıxarılıb. Həmin şöbəyə məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə Leyla Hüseynova təyin edilib.
R.Quliyevin daha bir əmri ilə İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Elçin Əhmədova həm də komissiyanın katibi vəzifəsi verilib. Komissiyanın aparıcı məsləhətçisi Aygün İbrahimova işdən çıxarılıb.
Müzəffər Məmmədov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni baş məsləhətçi təyin edilib. Bundan əlavə, Atabəy Əzizbəyliyə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsi verilib. (report)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

