Nida Xəbər
“Hər kəs Prezidentimizin bu davranışlarından dərs çıxarmalıdır” - Sevinc Əzimbəyli
“Dövlətimizin başçısı İlham Əliyev atdığı addımlarla, yürütdüyü siyasətlə, hər kəsə örnək olacaq davranışları ilə bir daha göstərir ki, milli-mənəvi dəyərlərimizin ən böyük təəssübkeşidir”.
Publika.az-a açıqlamasında bu fikirləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti təkcə sözləri, yürütdüyü siyasətlə deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizə söykənən davranışları ilə yalnız miraslarımıza sahib çıxmır, habelə bu dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün də var qüvvəsi ilə çalışır.
Prezidentimizin dünən yeni təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman yaşca böyük olan şəxsə yer göstərməsi onun dəyərlərimizə xüsusi önəm verməsinin daha bir bariz nümunəsi idi, deyən S.Əzimbəyli bununla dövlət başçısının məmurlara, habelə bütün cəmiyyətə vacib mesaj ötürdüyü vurğulayıb.
O, sözlərinə belə davam edib: “Cənab Prezidentimizin “Bizi xalq kimi, millət kimi əsrlər boyu qoruyan, assimilyasiyadan mühafizə edən dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir”, - cümlələri firkimcə, hər şeyi aşkarcasına ortaya qoyur. Dövlət başçısının bu düşüncələri bizim üçün böyük qürurdur. Hesab edirəm ki, hər bir vətəndaş, hər bir məmur, hər bir gənc Prezidentimizin bu fikirlərindən, habelə davranışlarından özünə böyük dərs çıxarmalıdır. Çünki hər bir xalqın gələcəyi onun dəyərlərinə nə qədər sahiblənməsi, onu yaşatması və özündən sonrakı nəsillərə ötürməsi ilə bağlıdır. Prezidentimiz öz davranışları ilə bunu artıqlaması ilə yaşadır və bu milli-mənəvi dəyərlərimizin olduğunu cəmiyyətə, məmurlara, habelə gənclərə xatırladaraq buna əməl olunmasının vacibliyni bildirir. Bizə və cəmiyyətimizə düşənsə, bundan maksimum nəticə çıxarmaq, həmçinin bu yolda da Prezidentimizin yanında olmaqdır”.
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU












.png)







.png)
















