Nida Xəbər
Nazir müavini Milli Məclisdə hesabat verir
Ötən il bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə, bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsi orqanın üzrə illik məruzəsini təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.
Nazir müavini bildirib ki, protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə hazırda baxılır.
2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 796 akt hüquqi ekspertizadan keçirilib. Nəticədə, 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələbinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən illə müqayisədə 15 faiz çox), digərləri isə (69 akt) baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1274 akt dəyişdirilib, 187 təklif isə baxılmaqdadır. Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 ha torpaq sahəsinin mülkiyyətə, 6 664 ha torpaq sahəsinin icarəyə, 50 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltifləri və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb. Beləliklə, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO







.jpg)









.webp)
















.jpg)
.jpg)
.jpg)